UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) iticket.az-da satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletin qiyməti 31 manat təşkil edir. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb:
"Martın 14-ü “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlər üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz.
Qeyd: Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür".
Bilet satışı: https://iticket.az/.../sport/bayer-04-leverkusen-qarabag-fk
- Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı 8 nəfər saxlanılıb, “Diyarbekirspor”da araşdırma başlayıb
- “Kəpəz”də növbəti ayrılıq - RƏSMİ
- “Sabah” azarkeşlərinə şad xəbər – ÇL oyunları üçün VIP biletlər satışda
- "Fənərbaxça" rəsmisi həbs oluna bilər - 3 ay 15 gündən 2 il 4 aya qədər
- "Çelsi" "Milan"a 15 milyon avro ödəyəcək