
“Bayer”in icraçı direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olmaları barədə danışıb.
Apasport.az xəbər verir ki, o, "Qarabağ"ın "Braqa"nı mübarizədən kənarlaşdırdığını xatırladıb.
Funksioner Ağdam klubunu ciddi rəqib kimi qəbul etməli olduqlarını bildirib: "Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq. Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. "Qarabağ"la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var".
Qeyd edək ki, "köhlən atlar" martın 7-də doğma azarkeşləri önündə, bir həftə sonra isə cavab qarşılaşmasında Almaniyada daha bir tarix yazmaq üçün mübarizə aparacaqlar.
- Ronaldinyonun oğlu "Barselona"da məşqə başlayıb
- Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir - FOTO
- Azərbaycan Premyer Liqasında 19-cu turun cədvəli BƏLLİ OLDU
- Millimizin mediaya açıq məşqi keçiriləcək
- Çempionlar Liqasının 1/4 final mərhələsinin ən bahalı oyunçuları - Siyahı