Bəhlul “Hakken”lə oyunu buraxacaq
04.10.2023 - 17:04
“Qarabağ” Avropa Liqasının ikinci turunun “Hakken”lə görüşündə Bəhlul Mustafazadənin xidmətindən istifadə edə bilməyəcək.
Apasport.az xəbər verir ki, Mustafazadə nəinki “Qarabağ”, hətta Azərbaycan millisinin də qarşıdakı matçlarında meydana çıxa bilməyəcək.
Belə ki, müdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin Estoniya və Avstriya ilə görüşləri üçün nəzərdə tutulan görüşlərində heyətdə olmayacaq. Onun Premyer Liqanın 10-cu turunun “Turan-Tovuz” – “Qarabağ” görüşünə qədər hazır olacağı gözlənilir.
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- “Yuventus” 20 milyona italiyalı müdafiəçi alacaq
- AFFA-dan Fernandu Santuşa xüsusi hədiyyə
- AFFA-nın təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
- Messi 2-ci dəfə "Qızıl top"un sahibi oldu
0
0