Bilyard üzrə Azərbaycan çempionatının qalibi bəlli olub
                    
                    25.06.2024 - 14:17
                        
                    
                    Bilyardın "Pool-8" intizamı üzrə Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Bilyard Federasiyasından apasport.az-a verilən məlumata görə, bütün rəqiblərini qabaqlayan Murad Fəttayev ölkə çempionu olub.
Dmitri Neçay 2-ci, Orxan Qubatov və Ruslan Əmiraslanov isə 3-cü yeri tutublar.
                                
                                0
                                
                                0