Boksçumuz Macarıstanda bürünc medal qazanıb
10.02.2023 - 17:02

Azərbaycan boksçusu Tural Sarıyev Macarıstanın Debretsen şəhərində beynəlxalq turnirdə yarımfinal döyüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, 48 kq çəkidə mübarizə aparan yığma üzvü finala gedən yolda Temirats Jusspovla (Qazaxıstan) qarşılaşıb.
Döyüş rəqibin qələbəsi ilə başa çatıb. Sarıyev yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnir sabah başa çatacaq.
- Slovakiya yığmasını Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı
- Həsrət Cəfərovun rəqibi bəlli oldu
- U-17 turnirində 873 cüdoçu mübarizə aparacaq
- De Bleker: "Hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər" - Müsahibə
- Vaqif Cavadov: "De Byazinin hərəkəti insanlıq keyfiyyətləri ilə bağlıdır" - MÜSAHİBƏ
0
0