“Böyük Dəbilqə” turnirində qeydiyyatdan keçən iştirakçı komandaların sayı 11-ə çatıb.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ən çox idmançı sayına görə fərqlənib. Ərəb yarımadasını turnirdə 9 idmançı təmsil edəcək.
Qadınların yarışında Tahani Alkantani (+78 kq), kişilərin mübarizəsində isə Məhəmməd Fəlatah (60 kq), Əbdüləziz Əlbaşı, Munis Havsavi (hər ikisi 66 kq), Abdullah Həməd, Süleyman Həməd (hər ikisi 73 kq), Abdella Albali, Mohammed Alharbi (hər ikisi 81 kq) və Saud Manae (+100 kq) tatamiyə çıxacaq.
Qeyd edək ki, cüdo üzrə “Böyük Dəbilqə” turniri fevralın 16-18-də Bakıda keçiriləcək.
- "Zirə"dən qolsuz bərabərlik, "Sabah" 8 turdan sonra qələbə qazandı YENİLƏNİB
- Dünya çempionatı: Qadınlardan ibarət Azərbaycan millisi finalda
- Millimizin Belçika və Polşa ilə oyunlar üçün heyəti açıqlanıb
- Azər Bağırov "Araz-Naxçıvan"dan ayrıldı - Rəsmi
- Dramatik matç Mahirin komandasını pley-offdan kənarda qoydu