"Çelsi" Dibalanı İSTƏYİR
08.01.2024 - 18:25
Premyer Liqa klubu "Çelsi" hücum xəttini gücləndirir.
Apasport.az "Sport Witness"ə istinadla xəbər verir ki, "zadəganlar"ın çalışdırıcısı Maurisio Poçettino "Roma" forması geyinən Paulo Dibalanı komandada görmək istəyir. 51 yaşlı məşqçi oyunçunun müqaviləsində nəzərdə tutulan təzminat məbləğini ödəməyə hazır olduğunu bildirib.
Argentinalı mütəxəssis 30 yaşlı hücumçunun komandaya daha çox fayda verəcəyini düşündüyü üçün onun transferini yaxın günlərdə yekunlaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Paulo çıxdığı 13 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimiz dünya çempionatında İspaniya yığması ilə qarşılaşacaq
- Millimizin üzvü oynamadı, komandası məhsuldar heç-heçə etdi
- Azərbaycanda yeniyetmə şahmatçılar üçün sınaq testi keçirilib
- "Kəpəz" gətirdi, Azərbaycandan istədilər, Maltaya getdi - ÖZƏL
- Prezident və Mehriban Əliyevadan İrəvanda çempion olan Nuray Güngörə təbrik
0
0