“Çelsi”nin hədəfi
02.11.2023 - 12:41

İngiltərə Liqa kubokunun 1/8 finalında qələbə qazanan "Çelsi"nin turnirdəki hədəfi bəlli olub.
Apasport.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Maurisio Poçettino açıqlayıb.
Argentinalı mütəxəssis komanda üçün bu mükafatın əhəmiyyətini vurğulayıb: “Anlamalıyıq ki, bu turnir bizim üçün vacibdir. Biz Avropa miqyaslı yarışlarda çıxış etmirik. Bu, bizim qələbə qazanmağımız üçün səbəb olmalıdır. Bu mükafatı qazanacağımıza inanıram”.
Qeyd edək ki, “zadəganlar”ın Liqa kubokundakı növbəti rəqibi “Nyukasl” olacaq.
- AFFA daha üç oyunçunu futboldan ömürlük uzaqlaşdırıb
- Adrian Mutu: “Penalti epizodu bizim üçün ağır nəticələndi” - MÜSAHİBƏ
- "Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq
- Gimnastlarımız qitə çempionatının final mərhələsinə vəsiqə QAZANIBLAR
- Voleybolçu qızlar üçün düşərgələr təşkil edilir
0
0