“Sumqayıt”ın sabiq müdafiəçisi Cəmaləddin Xocaniyazovun Azərbaycan millisində oynamaq variantı olub.
Apasport.az saytının məlumatına görə, bunu 26 yaşlı rusiyalı futbolçu özü deyib.
Xocaniyazov ölkəsinin mətbuatına açıqlamasında Ramil Şeydayevin milliləşməsinə hörmətlə yanaşdığını, lakin özünün buna hazır olmadığını deyib: “Bu, Şeydayevin öz qərarıdır. Ona hörmətlə yanaşmaq lazımdır. O ki qaldı mənim Azərbaycan millisində oynamağım məsələsinə, çox güman ki, belə bir ehtimal olub. Amma bu variantı heç düşünməmişəm. Hələ ki, istəmirəm”.
Qeyd edək ki, Cəmaləddin Xocaniyazov 2019-cu ildən formasını geyindiyi “Sumqayıt”dan bu yay ayrılıb.
- Krakovda "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı - VİDEO
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- Dmitri Yeremeyev: “AFFA-dakılar futbolun nə olduğunu bilmirlər” - OFSAYD
- Avropanın ən bahalı klubları açıqlanıb
- Türkiyə klubunun baş məşqçisi istefaya göndərildi