Bu gün UEFA Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Madrid “Real”ı gözlənilmədən Fransada “Lill”ə uduzub.
Daha bir sensasiyaya İngiltərədə rast gəlinib. "Aston Villa" Almaniya nəhəngi "Bavariya"nı məğlub edib.
"Benfika" "Atletiko"nun qapısından 4 cavabsız top keçirib. Görüşə türkiyəli futbolçular damğa vurub. Kerem Aktürkoğlu və Orkun Kökçü hərəyə bir dəfə fərqləniblər.
"Yuventus" isə "Leypsiq" səfərində çətinlik çəkib. "Qoca sinyora" hesabda geri düşdüyü matçda əzmkar qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
2 oktyabr
20:45 "Jirona" (İspaniya) – "Feyenoord" (Niderland) 2:3
20:45 "Şaxtyor" (Ukrayna) – "Atalanta" (İtaliya) 0:3
23:00 "Aston Villa" (İngiltərə) – "Bavariya" (Almaniya) 1:0
23:00 "Benfika" (Portuqaliya) – "Atletiko" (İspaniya) 4:0
23:00 "Dinamo" (Zaqreb) – "Monako" (Fransa) 2:2
23:00 "Lill" (Fransa) – "Real" (İspaniya) 1:0
23:00 "Liverpul" (İngiltərə) – "Bolonya" (İtaliya) 2:0
23:00 "Leypsiq" (Almaniya) – "Yuventus" (İtaliya) 2:3
23:00 "Şturm" (Avstriya) – "Brügge" (Belçika) 0:1
- Mundiala son vəsiqə: Kosta-Rika, yoxsa Yeni Zelandiya?
- "Qarabağ" "Ludoqorets"i darmadağınla keçdi - VİDEO
- Azərbaycan millisi Banqladeş yığması ilə üz-üzə
- İqor Rodriqes: "Ötürməni düşünərək verdim" - Açıqlama
- Nadir Nəbiyev: "Belə baxanda Fernandu Santuşu da qınamaq olmur, onun da çox seçim imkanı yoxdur"