ÇL: "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb
18.06.2025 - 11:11
ÇL: "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin rəqiblərinin sayı 4-ə düşüb. 

"Qarabağ"ın mümkün rəqibləri I təsnifat mərhələsində üz-üzə gələcək "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) və "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri olacaq.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtilə saat 14:00-da başlayacaq.