Coşqun oynadı, komandası məğlub oldu
27.01.2025 - 12:20

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, Bandırma təmsilçisi “Keçiörengücü” ilə qarşılaşıb. Matç “Bandırmaspor”un məğlubiyyəti ilə başa çatıb – 1:2.
Coşqun oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.
“Bandırmaspor” 21 turdan sonra 34 xalla 4-cü sıradadır. “Keçiörengücü” isə 30 xalla 11-ci pillədə qərarlaşıb.
- Vüsal İsgəndərli: “Bir saata yaxın hamı səssiz oturdu, heç nə danışmadı...” - MÜSAHİBƏ
- Azər Məmmədov yenidən "Səbail"də
- Vitse-prezident təsdiqlədi: Şkrinyarla müqavilə imzalanacaq
- Aslan Kərimov: "Qarabağ" bu cür komandanı azarkeşlərinin önündə məğlub etməlidir"
- Qurban Qurbanov: "Hakimin rəqibə simpatiyası hiss olunurdu"
0
0