Cüdoçumuz Romada medal qazandı
12.03.2023 - 00:26
Cüdoçu Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb.
Apasport.az-ın məlumatına görə, İtaliyanın paytaxtı Romada keçirilən turnirin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.
60 kq çəkidə yarışan cüdoçu Kənan İsmayılov yarışı 3-cü yerdə başa vurub. Kənan bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Yarinqə qalib gəlib.
73 kq çəkidə mübarizə aparan cüdoçumuz İbrahim Əliyev isə yarışı 5-ci yerdə tamamlayıb.
- Milli komandamız “Araz-Naxçıvan”a məğlub olub
- "Atletiko" bu futbolçusunu 100 milyondan az qiymətə satmayacaq
- Velebit: "Stanoyeviç Mahiri “Qarabağ”da oynayanda “Partizan”a gətirmək arzusunda idi" - MÜSAHİBƏ
- Vüsal İsgəndərli: “Bir saata yaxın hamı səssiz oturdu, heç nə danışmadı...” - MÜSAHİBƏ
- “Qarabağ”ın rəqibindən uğurlu start
0
0