Dadaşov debüt oyununda fərqləndi
28.02.2025 - 23:51
Renat Dadaşov "Radomyak"ın heyətində debüt edib.
Apasport.az xəbər verir ki, onun komandası Polşa çempionatının XXIII turunda "Vidzev"lə qarşılaşıb.
Millimizin futbolçusu oyuna 80-ci dəqiqədə daxil olub.
Hücumçu son dəqiqələrdə "Radomyak"ı məğlubiyyətdən xilas edib. Onun vurduğu qolla görüş 1:1 hesabı ilə başa çatıb.
Rahil Məmmədov isə bu matçda iştirak etməyib.
Qeyd edək ki, "Radomyak" 23 turdan sonra 25 xalla 13-cü pillədə qərarlaşıb.
- Manenin “Bavariya” ilə müqavilə bağlayacağı gün bilindi
- “Qarabağ”ın qapıçısı Rusiya milli komandasında
- "Fənərbaxça" rəsmisi həbs oluna bilər - 3 ay 15 gündən 2 il 4 aya qədər
- Millimiz Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
- “Ordu”nun baş məşqçisi: “Oyunçularım meydanda nə etdiklərini bilmirdilər”
0
0