Dadaşov məşqlərə başladı
22.11.2024 - 14:32
Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dadaşov oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunmuşdu.
Bir aydır komandadan kənarda qalan hücumçu ötən gündən kollektivlə məşqlərə qoşulub.
Qeyd edək ki, "Ankaragücü" 1-ci liqanın 13-cü turunda sabah səfərdə "Gənclərbirliyi" ilə qarşılaşacaq.
- 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə açıqlandı
- Marko Rossi: “Azərbaycana qarşı oynamaq bizim üçün asan olmayacaq”
- Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə
- Güləşçilərimizdən “Çempionlar” turnirində 10 medal
- Diniyevin komandası məğlub oldu
0
0