Cüdo üzrə Azərbaycan millisi fevralın 4-5-də Fransanın paytaxtı Paris şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində daha bir ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yığmanın əsas üzvü Orxan Səfərov komandadan ayrı düşüb.
66 kq çəki dərəcəsində çıxış etməli olan cüdoçu xəstələndiyinə və yüksək hərarəti, həmçinin öskürəyi olduğu üçün baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.
Səfərovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Qeyd edək ki, bir gün öncə eyni problem səbəbindən Kəramət Hüseynov (60 kq) da yığmadan ayrı düşüb.
- "Mançester Siti" və "Liverpul"un ortaq hədəfi
- “Ən biabırçı hərəkətlərimdən biri idi” - Etiraf - VİDEO
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib
- Qabil Mehdiyev: "İdmançımız sistem köçürülüb, ilkin tibbi yardım göstərilib"
- AFFA UEFA-nın dəstəyi ilə seminar keçirir