Daha bir idmançımız Kazanda bürünc medal qazanıb
                    
                    14.06.2024 - 17:58
                        
                    
                    Azərbaycanın daha bir təmsilçisi Rusiyanın Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, avarçəkən Bəhmən Nəsiri fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, daha əvvəl samboçu Rəsul Aydəmirov üçüncü yeri tutub.
                                
                                0
                                
                                0