“Dalğa Arena”da məğlubiyyət
08.04.2023 - 17:57
Qadın futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyə ilə qarşılaşıb.
Görüş Bakıdakı “Dalğa Arena”da baş tutub. Matçın taleyini bir qol həll edib. Busem Şeker 6-cı dəqiqədə vurduğu qolla qonaqlara qələbə qazandırıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 11-də “Dalğa Arena”da baş tutacaq.
- AFFA-nın bayrağı altında keçirilən liqalarda 2024/2025 mövsümünün püşkü atılıb
- Canni İnfantino: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
- ABL: Daha bir oyun keçiriləcək
- “Qarabağ”ın Çexiya proqramı açıqlandı
- Millimizin üzvü: "Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik"
0
0