Misli Premyer Liqasının XX turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” (1:2) oyununda yaşanan mübahisəli məqama aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qarşılaşmanın 90-cı dəqiqəsində Tovuz təmsilçisinin vurduğu qolla bağlı danışıb.
O, həmin epizodu belə şərh edib:
“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur.
VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınır".
Qeyd edək ki, matçdan sonra mətbuat konfransı zamanı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov hakimin bu qərarına etiraz etmişdi.
- "Yuventus"un yarımmüdafiəçisi saxlanıldı - TƏCAVÜZ
- "Sabah"ın baş məşqçisi bəlli oldu - RƏSMİ
- Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək
- Azərbaycanın qadın güləşçisi Xorvatiyada medal qazandı
- Ramin Quliyev: "Heç kim Premyer Liqadan düşməsin, əksinə, klubların sayı artsın" - MÜSAHİBƏ