"Dinamo" - "Qarabağ" oyununun hakimləri bəlli olub
19.08.2024 - 09:06
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarının hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, Xorvatiyada Zaqreb "Dinamo"sunun rəqibi olacaq "Qarabağ"ın matçını isveçli hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Qlenn Nüberq olacaq. Yan xəttə Maxbod Beyqi və Andreas Sederkvist iş başında olacaqlar. Qarşılaşmanın 4-cü hakimi isə Adam Ladabek olacaq.
Qeyd edək "Maksimir" stadionunda baş tutacaq oyun avqustun 20-də saat 23:00-da start götürəcək.
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- "Neftçi"nin yeni transferi Alessio Kurçi: Qol və assistləri - VİDEO
- “Real”da növbəti itki
- Teymur Rəcəbov Azərbaycan millisində Olimpiadada iştirakdan imtina etdi
- PFL Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirib
0
0