Diniyev oynadı, komandası heç-heçə etdi
11.01.2025 - 00:28
Türkiyə 1-ci Liqasında XIX turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" da növbəti matçda qüvvəsini sınayıb.
Komanda "Pendikspor"la qarşılaşıb - 1:1. Bununla da, qələbəsiz oyunlar seriyası 4-ə yüksəlib.
Start heyətində yer alan Coşqun oyunu əvəzedilmədən keçirib.
Qeyd edək ki, "Bandırmaspor" 34 xalla 2-ci pillədə qərarlaşıb. Bir oyun çox keçirən bandırmalılar liderdən 4 xal geri qalırlar.
- "Fənərbaxça"nın italiyalı müdafiəçisi karyerasını bitirdi
- “Neftçi”də ciddi itkilər
- "Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
- “Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək
- "Barselona" Levandovskinin gələcəyi ilə bağlı qərar verib
0
0