Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
                    
                    28.04.2025 - 12:50
                        
                    
                    Türkiyə Birinci Liqa təmsilçilərindən “Çorum” klubun baş məşqçisi Tuncay Şanlı ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Şanlı “Ankaragücü”nə məğlubiyyətdən (0:1) sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Azərbaycan millisinin üzvü Coşqun Diniyev də “Çorum”da çıxış edir.
Qeyd edək ki, Tuncay Şanlı mart ayının 6-da "Çorum"a baş məşqçi təyin edilmişdi. Onun komandası hazırda 1-ci liqada 36 turdan sonra 51 xalla 13-cüdür.
                                
                                0
                                
                                0