Diniyevin yeni klubu müəyyənləşdi
02.06.2023 - 13:51
“Zirə”dən ayrılan Coşqun Diniyevin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu ilə vidalaşan yarımmüdafiəçi paytaxtın digər təmsilçisinə keçməyə yaxındır.
28 yaşlı futbolçunun yeni mövsümə “Səbail”də başlayacağı gözlənilir. Coşqunin xidmətində atası Şahin Diniyev maraqlıdır. 57 yaşlı mütəxəssis oğlunu sərəncamında görmək istəyir. Yaxın günlərdə Coşqunun “Səbail”lə 1+1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Diniyev Premyer Liqanın son mövsümündə 30 matçda 2 qol vurub.
- Tsxadadze yeni transferlərdən danışdı – “Komandanı formalaşdırmaq mərhələsindəyik”
- Andrade Azərbaycan çempionatlarında 100-cü oyununa çıxıb
- "Siti"nin futbolçusu "Yuventus" yolunda
- Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib
- Azərbaycan və Bolqarıstan arasında ağırlıqqaldırma sahəsində görüş keçirilib
0
0