
AFFA-nın təşkilatçılığı ilə uşaq evlərinin 10-12 və 13-15 yaş arası oğlan və qızlardan ibarət komandaları arasında “Dostluq Kuboku” minifutbol turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, mayın 4-də Bakı Tennis Akademiyasının meydançasında baş tutacaq tədbirdə Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evləri sosial xidmət müəssisələrində yaşayan uşaqlardan ibarət komandalar iştirak edəcəklər.
Hər iki yaş qrupu üzrə 3 komanda – “Şahinlər”, “Birlik” və “Zəfər” mübarizə aparacaq.
Turnirin keçirilməsində əsas məqsəd uşaq evlərində yaşayan uşaqların komanda ruhunun və sosial bacarıqların inkişaf etdirilməsi, sağlam həyat tərzinin və fiziki fəallığın təbliği, uşaqlara müsbət emosiyalar, motivasiya bəxş etməkdir.
- Vurğun Hüseynov: "Ayrılan futbolçularımızın bəziləri ilə danışmışdım" - MÜSAHİBƏ
- Sambunun cəzası dəyişmədi - AFFA "Neftçi"nin şikayətini təmin etmədi
- "Hatayspor" - "Qalatasaray" matçına belçikalı hakim təyin edilib
- “Roma” və Mourinyodan ilk, avrokubok 12 ildən sonra İtaliyada
- Azərbaycan Kuboku: "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finalda - YENİLƏNİB