Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyinə start verilib.
Apasport.az saytı xəbər verir ki, yarışın ikinci günü Azərbaycan milli komandası medalla başa vurub.
Yığmamızın heyətində Şəms Əlizadə (160 sm) fəxri kürsüdə yer alıb. Taekvondoçumuz ilk görüşünə 1/16 finaldan başlayıb. O, Misir, Serbiya və İngiltərə təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Əlizadə finala gedən yolda Koreya Respublikası taekvondoçusunu məğlub edib. Şəms finalda Qazaxıstan idmançısı ilə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib idmançı qələbə qazandığından Əlizadə gümüş medala sahib olub.
Qeyd edək ki, dünya birinciliyi sentyabrın 1-dək davam edəcək.
- Xorvatiya 2-ci dəfə dünya üçüncüsü oldu - YENİLƏNİB
- “Viktoriya”nın hücumçusu: “Qarabağ”la matçda bu imkan böyük motivasiyadır”
- Elyar Mirzəyev: Meydandan səngərə uzanan yol - VİDEO
- Samir Şərifov: III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib
- ÇL: “Sabah” mövsümdə ilk qələbəsini qazanıb