Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub.
Federasiyadan Apasport.az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışda milli komandanın 8 üzvü qüvvəsini sınayacaq.
Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri – Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva medal qazanmağa çalışacaqlar.
Bədii gimnastlar artıq Dünya Kubokunda iştirak etmək üçün Daşkəndə yola düşüblər.
- Yunan idmançının qanında dopinq aşkarlanıb
- Bundesliqadan Premyer Liqaya - RƏSMİ
- “Mançester Yunayted”, “Çelsi” və “Arsenal” Şeşko uğrunda mübarizə aparacaq
- Vurğun Hüseynov: "Belçikaya qarşı Bakıda keçirdiyimiz görüş mənim üçün unudulmazdı" - Müsahibə
- Fransa millisinin üzvləri milli komanda ilə vidalaşıb