3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları ilk dəfə Azərbaycanda keçiriləcək.
Apasport.az xəbər verir ki, bu, ABF ilə Beynəlxalq Basketbol Federasiyası arasında imzalanmış müqaviləyə əsasən mümkün olacaq.
2025-ci il mayın 24-25-də Bakıda gerçəkləşəcək matçlarda 6 kişi və 6 qadın komandası əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.
İştirakçılar arasında Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları da yer alacaqlar.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 millisi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
- PSJ eyni anda iki hollandı hədəfə alıb
- Şəhid övladları və Bakı-İstanbul liseyinin şagirdləri üçün stadion turu - FOTO - VİDEO
- Kurban Berdıyev: “VAR həmin epizodda ofsayd xəttini göstərmədi”
- "Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub
- “Böyük beşlik”də ən çox hansı ölkələr baş məşqçi dəyişib? - STATİSTİKA