Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyevin sədrliyi ilə Bakıda 1-3 oktyabr tarixlərində baş tutacaq Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə ASF-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yarışa hazırlıq prosesi, təşkilati və texniki məsələlər, turnir proqramı, akkreditasiya, nəqliyyat, qidalanma, eləcə də açılış və mükafatlandırma mərasimləri, habelə digər aktual mövzular müzakirə olunub.
İclasda YTK sədri, ASF-nin prezidenti Zaur Əliyevlə yanaşı, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezidentlər Jalə Əhmədova və Ümid Abuzərli, İcraiyyə Komitəsinin üzvü Eldar Abbasov, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, YTK-nin əməliyyat direktoru Fuad Balakişiyev, Bakı Su İdmanı Sarayının direktoru Əjdər Abbasov, həmçinin ASF-nin və YTK-nın digər əməkdaşları iştirak ediblər.
- Braziliya millisində ciddi itki - MUNİDALIN İLK MATÇINI BURAXA BİLƏR
- "Araz-Naxçıvan" kapitanı ilə yollarını ayırıb - RƏSMİ
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- Türkiyəyə gəlmədi, Madriddə parıldadı – Lukmandan debütdə qol - VİDEO
- "Neftçi"nin legioneri milli komandada 2 qolla fərqləndi