Eddi İsrafilov millinin toplanışını tərk etdi
09.10.2023 - 18:02
Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Eddi İsrafilov yığmanın düşərgəsini tərk edib. “Neftçi”nin yarımmüdafiəçisi zədə səbəbindən Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsindəki oyunlarına hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.
Qeyd edək ki, yığmamız oktyabrın 13-də Estoniya, 16-da isə Avstriya yığması ilə qarşılaşacaq.
- Ayxan Abbasov: “Hakimlik səviyyəsi qalxmasa, narazılıq çox olacaq”
- Azərbaycan Kuboku: Mövsümün ilk təyinatları açıqlanıb
- Sosial Mediada Kriştiano Ronaldo Effekti: Dünyanın Ən Çox İzlənən İdmançısı
- 62 milyona aldı, “qara siyahıya” düşdü
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
0
0