Əfran İsmayılova 2 oyunluq diskvalifikasiya - SƏBƏB
31.08.2023 - 13:26
Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov cəzalanıb.
Apasport.az saytının məlumatına görə, onunla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.
Buna İsmayılovun Misli Premyer Liqasının IV turundakı davranışı səbəb olub. “Araz-Naxçıvan”ın köməkçi məşqçisi olan gənc çalışdırıcı “Sumqayıt”la ev görüşü bitdikdən sonra oyunun rəsmi şəxslərinin tələblərinə əməl etməyib. Bu üzdən İsmayılov biri şərti olmaqla 2 oyun cəzalanıb. O klubunu 1000 manat ziyana salıb.
- “Neftçi”nin məşqçisi: “Bizim üçün önəmli qarşılaşma idi”
- “Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı dəqiqləşdi
- Avstriya – Azərbaycan oyununun start heyətləri bilindi
- Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Şəkidə təlim-məşq toplanışındadır
- Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır
0
0