Əliyar Ağayev final matçına təyinat aldı
09.06.2022 - 11:22
FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.
Apasport.az saytının məlumatına görə, azərbaycanlı hakim Yunanıstan Super Liqasının pley-off oyununda ədaləti qoruyacaq.
Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ağayev elitada qalmaq uğrunda “Veriya” ilə “Lamiya” arasında keçiriləcək ilk final qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Qarşılaşma iyunun 11-də baş tutacaq.
- İdmançılarımız Avropa birinciliyində mübarizə aparacaqlar
- Papastatopulos: “Hesabı ədalətli sayıram”
- Azərbaycan millisinin və futbol klublarının həkimləri üçün seminar təşkil olunub
- Gimnastımız Dünya kubokunda final mərhələsinə vəsiqə qazanıb
- "Neftçi"nin yeni sponsorluq müqaviləsindən əldə etdiyi məbləğ açıqlandı
0
0