Əliyar Ağayev “Frayburq”un oyununda
24.10.2023 - 09:50

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.
Qeyd edək ki, matç “TSC Arena”da təşkil olunacaq.
- I Liqa: VII turun hakim təyinatları açıqlanıb
- Elmar Baxşıyev: “Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”
- Rapport və Nepomnyaşi birinciliyi bölüşür
- Natan Oduva: “Onların işini çətinləşdirməyə çalışacağıq” - MÜSAHİBƏ
- "Trabzonspor" açıqladı: "5 idman şərhçisi haqqında cinayət işi açılıb"
0
0