“Kəpəz”in futbolçusu Zamiq Əliyevin gələcək taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdacaq.
Mövsümün əvvəlində Gəncə təmsilçisinə qoşulan futbolçunun çıxışı Ağdam klubunun rəhbərliyinin diqqətindən yayınmayıb. Bu üzdən onu geri qaytaracaq “Qarabağ” gənc müdafiəçinin müqavilə müddətini artırmağı planlaşdırır.
Lakin onun növbəti mövsümə "Qarabağ"da başlayıb-başlamayacağı sual altındadır. U-21 yığmamızın sabiq üzvünün ölkə xaricinə yollanmaq ehtimalı yüksəkdir. Onun xidmətində İsveçim "Varberq" klubu maraqlıdır.
Qeyd edək ki, Zamiq cari mövsüm Premyer Liqada 18 oyun keçirib.
- Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi proqrama start verilib - FOTO
- "Qalatasaray"ın futbolçuları avrokuboklarda liderdir
- "Samsunspor" Yunanıstandan məğlub qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- Türkiyədəki təlim-məşq toplanışına yekun vurulub
- Basketbolçularımız Şimali Makedoniyaya qalib gəldi