Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi postunda 100-cü oyununu keçirib.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin yubileyi Azərbaycan kubokunun 1/8 final mərhələsinə təsadüf edib.
“Qırmızı-qaralar” “Araz Naxçıvan”la ev oyununda 5:0 hesablı qələbə qazanıb.
Baxşıyevin “Qəbələ”nin baş məşqçisi kimi debütü 2019-cu il sentyabrın 14-də “Sabah”la səfər matçında gerçəkləşib. Əyalət klubu həmin görüşdə 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Elmar Baxşıyevin rəhbərliyi altında Premyer Liqada 87, kubokda 11, avrokuboklarda 2 matça çıxan qəbələlilər 35 qələbə qazanıb, 27 heç-heçə edib və 38 dəfə uduzub.
- Azərbaycan Yüksək Liqasında IX turun növbəti matçı keçiriləcək
- Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
- DÇ: “Yuventus” və "Siti"dən darmadağın, “Real”dan inamlı qələbə - YENİLƏNİB
- “Neftçi”nin matçını idarə edəcək hakim bəlli olub
- "Qalatasaray" "Liverpul"a sataşdı: "Yalnız gəzməyəcəksən, amma..."