Elmar Baxşıyev: "Araz-Naxçıvan" mənə doğmadır“
25.05.2025 - 22:10
Elmar Baxşıyev: "Araz-Naxçıvan" mənə doğmadır“

Misli Premyer Liqasının XXXVI turunun "Araz-Naxçıvan" - "Zirə" matçından (0:1) sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördülər. Mövsümü layiqli yerdə bitirdik".

- Klubla müqaviləniz bitir. Rəhbərliklə yeni sözləşmə barədə söhbətiniz olub?
- Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da komandaya uğurlar arzulayıram. "Araz-Naxçıvan" mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək.

- Qara Qarayevin heyətdə olmamasının səbəbi nədir?
- Mikro zədəsi olduğuna görə ehtiyatlı davrandıq.