Premyer Liqanın XIII turunun “Şamaxı” – “Sumqayıt” oyunundan sonra meydan sahibi komandanın məşqçisi Elnur Çodarov jurnalistlərin suallarını cavablandırdı.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşdü:
– Dramatik oyun alındı. Yaxşı hazırlaşmışdıq. Qol da vurduq, amma oyunun sonları gərgin keçdi.
– Nə baş verdi ki, məğlub oldunuz?
– Konsentrasiya çatmadı. Standart vəziyyətdə diqqətsiz olduq.
– Qoldan sonra məşqçilər korpusu arasında mübahisə nə üçün yarandı?
– Qoldan sonra rəqib baş məşqçi Ayxan müəllimə aqressiv jest etdi. Buna görə aləm qarışdı.
– Günahkar İliçdir?
– 100 faiz.
- Blaqoya Milevski: "Azərbaycanla matçda müsbət nəticə qazanacağımıza inanırıq
- “Barsa”nın “Kamp Nou”ya qayıdacağı vaxt müəyyənləşib
- “Qarabağ”ın əvəzediciləri 3 xalı 2 qolla qazandı
- Morata “Mançester Yunayted”in hədəfində
- Məhəmməd Mirzəbəyov: "Hər kəs “Neftçi”nin “Qarabağ”la rəqabət aparacağını gözləyir"