“Neftçi” klubunun rəhbərliyində dəyişiklik olub.
Bakı təmsilçisindən apasport.az saytına verilən məlumata görə, vitse-prezident Elnur Eyvazov komandadan ayrılıb.
O, öz istəyi ilə tutduğu vəzifədən azad edilib. “Ağ-qaralar” 7 il ərzində göstərdiyi xidmətlərə görə ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar diləyib.
Qeyd edək ki, Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb, 2017-ci il iyul ayının 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərarın əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident postuna təyin olunmuşdu.
- Qvardiola: “Yanvarda yeni transfer olmayacaq”
- Fərid Qayıbov: "İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq"
- Azərbaycan kubokunun oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq
- İdman gimnastlarının üçgünlük mübarizəsinə yekun vuruldu
- “Arsenal”dan xal itkisi: ”SİTİ” İLƏ FƏRQ 4-ə DÜŞDÜ