Elvin Camalov Premyer Liqada 250-ci oyununu keçirib
25.11.2024 - 10:54
Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.
Qeyd edək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.
- “Xankəndi” 8 futbolçu ilə yollarını ayırdı
- "Qarabağ" klubu dünya reytinqində geriləyib
- Amputant futbolçulardan ibarət milli komandamız Avropa çempionatının finalında
- “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” seminarı keçirilib - FOTO
- Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb
0
0