“Komandada əhval-ruhiyyə çox yaxşıdır”.
Apasport.az saytının məlumatına görə, bunu “Şamaxı”nın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Yay fasiləsində “Sumqayıt”dan transfer edilən 34 yaşlı futbolçu yerli mətbuata fikirlərini bildirib. O, düşərgədə ab-havanın yaxşı olduğunu söyləyib: “Yeni mövsümdə rəhbərliyimizi, azarkeşlərimizi sevidirmək istəyirik. Komandada əcnəbi futbolçunun olmaması yerli gənclərin oynaması üçün şansdır. Heyətimizdə 7 futbolçu var ki, U-21 yığmasında çıxış edir. Onlar böyüməlidir, bu yükü çiyinlərində daşımağı öyrənməlidirlər”.
Təcrübəli futbolçu Premyer Liqanın I turunda “Neftçi” ilə keçiriləcək matça yaxşı hazırlaşdıqlarını vurğulayıb: “Neftçi” avrokuboklarda iştirak edən, illərin komandasıdır. Çətin olacaq, amma layiqli oyun göstərməyə çalışacağıq”.
- İdman direktoru: “Mahir uğurlu olsa, azərbaycanlıların Super Liqaya yolunu açacaq”
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- Superkubok yarımfinalında geri addım: TFF qərarı yenidən müzakirə edəcək
- Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub
- "Mançester Siti"nin yeni transfer hədəfi