Emin Əmrullayev Türkiyə Basketbol Federasiyasının prezidenti ilə görüşüb
08.03.2024 - 13:48
Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev İstanbulda Türkiyə Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu ilə görüşüb.
Apasport.az xəbər verir ki, Sinan Erdem İdman Sarayında keçirilən görüşdə layihələr və ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda E.Əmrullayev həmkarına Azərbaycan basketbol millisinin formasını hədiyyə edib. H.Türkoğlu isə E.Əmrullayevə "Türkiyənin basketbol sevgisi" və "Türkiyənin basketbol tarixi" kitablarını bağışlayıb.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Azərbaycanda məşqçi futbolçunu iclasda döydü, ağız-burnunu partlatdı
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
- "Qalatasaray" "Tottenhem"in kapitanını transfer etmək istəyir
- 47 qol - 46 illik rekord
0
0