"Bu oyun həmişə yadımda qalacaq".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli futbolçu azarkeşləri sevindirdikləri üçün çox xoşbəxt olduqlarını bildirib: "Onlar da bizdən yaxşı oyun və qələbə gözləyirdi. Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq".
Yarımmüdafiəçi sonuncu turda bazar günü Belçikaya qarşı keçirəcəkləri matça da toxunub: "Bu, yüksək səviyyəli rəqibdir. Yaxşı oyunçuları var. Yenə də əlimizdən gələni edəcəyik. Belə komandalara qarşı bəxtimiz də olmalıdır".
Yığmada 13-cü qoluna imza ataraq Qurban Qurbanova (14 qol) yaxınlaşan Mahmudov əsas məqsədinin komandaya xeyir vermək olduğunu vurğulayıb: "Qollar vurduğum üçün də sevinirəm".
- Cengiz Ünderin transfer qiyməti bəlli oldu
- "Partizan" Çempionlar Liqası matçını azarkeşsiz keçirəcək
- Vurğun Hüseynov: “Neftçi” 4 dəfə qapımıza gəldi, 4 qol vurdu” - MÜSAHİBƏ
- Gimnastika üzrə 28-ci Bakı çempionatı üç kateqoriya üzrə keçiriləcək
- Mahir Emreli: “Artıq problem arxada qalıb və özümü əla hiss edirəm”