“İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İsveç yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
31 yaşlı kapitan ev matçında qələbə qazanmaq istədiklərini bildirib: “Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək. Hər oyuna qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq”.
O, səfərdəki məğlubiyyətinin əvəzini çıxmaq istədiklərini bildirib: “İsveçdəki məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq”.
- “Sabah”ın rəqibi bəlli olub
- NBA: "Nyu-York Niks" yarımfinalda "İndiana Peysers"lə bacarmadı
- Arif Əsədov: "De Byazi millidə uğursuz deyildi" - VİDEO
- Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində sakinlər üçün xüsusi tədbir keçiriləcək
- Zelim Kotsoyev: "Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim"