Millimizin futbolçusu Mahir Emrelinin icarə əsasında çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasında məğlub olub.
Apasport.az xəbər verir ki, Konya şəhərinin eyniadlı təmsilçisi doğma meydanda "Adana Dəmirspor"u qəbul edib. Emrelinin start heyətində meydana çıxdığı qarşılaşmada Adana təmsilçisi mübahisəli penalti qolu ilə 2:1 qalib gəlib.
Klub bununla bağlı bəyanat yayıb. Həmçinin klubun sosial şəbəkə hesabında matçın nəticəsini göstərən şəkildə yalnız baş hakim təqdim olunub.
Qeyd edək ki, "Konyaspor"un yeganə qolunu 41-ci dəqiqədə məhz Mahir Emreli vurub. Bu, 25 yaşlı forvardın yeni komandasında ilk qolu olub. O, 60-cı dəqiqədə xorvatiyalı sağ cinah hücumçusu Robert Muriçlə əvəzlənib.
- DÇ-2026: Niderlanddan darmadağın, Xorvatiyadan inamlı qələbə - YENİLƏNİB
- Bakıda keçiriləcək Avropa Atletikası CEO Konsfransı ilə bağlı görüş baş tutub
- Rəşad Sadıqov: “Bugünki "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq” - MÜSAHİBƏ
- Mülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilib - FOTO
- “Neftçi”dən I Liqa klubuna - RƏSMİ