Ərəblər "Barsa"ya 35 milyon avro təklif edib
04.11.2025 - 12:33
“Barselona” qış transfer pəncərəsində hücumçusu Robert Levandovskini satmaq variantını nəzərdən keçirir.
Apasport.az “Fichajes”ə istinadən xəbər verir ki, 37 yaşlı forvard üçün Səudiyyə Ərəbistanından bir klub 35 milyon avro təklif edib.
Kataloniya təmsilçisi bu transferə uyğun əvəzləyici tapacağı halda, razılıq verə bilər. Bu halda, klub, mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq polşalı futbolçudan əhəmiyyətli gəlir əldə etmiş olacaq.
Cari mövsümdə Hans-Diter Flikin komandasında 10 oyuna çıxan Levandovski 4 qol vurub.
- "Qarabağ" üçün şad xəbər: Qapıçı problemi həll oldu
- Qarüstü polo komandamız İsveçrədə keçirilən Dünya Kubokunda ikinci yeri tutub
- Üç boksçumuz Avropa birinciliyində növbəti mərhələyə adlayıb
- Messidən antirekord: İKİNCİ DƏFƏ UĞURSUZ OLDU
- Milli komandamız Almaniya qarşısında geridönüş etdi - YENİLƏNİB
0
0