Eşqin Tağıyev mükafatlandırılıb
08.04.2025 - 14:55

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Qusar” futbol klubunun üzvü Eşqin Tağıyev mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XX turun "Qusar" - "Lerik" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.
0
0