"Fənərbaxça"dan De Bruyne bombası
26.12.2024 - 15:07
Super Liqa təmsilçilərindən "Fənərbaxça" Premyer Liqa nəhənglərindən "Mançester Siti"nin ulduzu Kevin De Bruyneni transfer edə bilər.
Apasport.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo şəxsi əlaqələrindən istifadə edərək belçikalını heyətinə qatmaq istəyir.
33 yaşlı yarımmüdafiəçinin "şəhərlilər"lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Belçika millisinin üzvü ilə ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
- KL: Millimizin üzvü oynadı, komandası uduzdu - VİDEO
- Murad Musayev: "İdeal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim, amma..."
- İdmançılarımız Avropa çempionatında 5 medal qazandılar: 2 qızıl, 2 gümüş...
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb
- Vlahoviç meydanlara qayıdır
0
0