“Fənərbaxça”nın futbolçusu italyanların radarında
26.06.2025 - 09:46
“Fənərbaxça”nın futbolçusu Sofyan Amrabat karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Atalanta” 28 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Berqamo klubu İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.
Amrabat başa çatan mövsümdə “Fənərbaxça”da 43 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
- Cüdo mütəxəssisləri Qubada seminar keçirəcəklər
- Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- ACF rəsmiləri cüdoda yeni qaydalarla bağlı təşkil olunmuş seminarda iştirak ediblər
- Qurban Qurbanov: "Yəqin məni çox istəməyə başlamısınız"
- İspaniya klubu azərbaycanlı futbolçuları izləyir - Açıqlama
0
0