“Formula 1” üzrə 2025-ci il Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb
12.04.2024 - 17:57
“Formula 1” üzrə 2025-ci il dünya çempionatının təqvimi açıqlanıb.
Apasport.az xəbər verir ki, gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.
Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də baş tutacaq.
Mövsümə martın 14-16-da keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 5-7-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində gerçəkləşəcək.
Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də olacaq.
- Binədə qapılara qol VURULMADI
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - FOTOLENT
- Region Liqası: 1/4 finalın cavab matçlarının təqvimi açıqlanıb
- “Roma”da ciddi itki – 15 günlük sıradan çıxdı
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
0
0