Gimnastlarımızdan 4 medal!
29.07.2024 - 15:59

Minsk şəhərində keçirilən bədii gimnastika üzrə "Crystal Rose – Helen Valery" adlı qran-pri yarışında azərbaycanlı gimnastlar 4 medal qazanıb.
Apasport.az xəbər verir ki, turnirdə fərdi gimnast Ağahüseynova Şəms top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birindən bürünc medala layiq görülüb.
Yeniyetmələrin yarışında isə Azadə Atakişiyeva halqa ilə (29,450) çıxışına görə bürünc medal qazanıb.
- Paris-2024: Türkiyə yarımfinalda İtaliyaya məğlub olub
- La Liqa: “Atletiko” səfərdən 3 xalla qayıdır - VİDEO
- Postsovet məkanının ən bahalı futbolçuları - Siyahı
- Paris-2024: Basketbol yarışlarında finalçılar bəlli olub
- Tamaş Petyo: "İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər"
0
0