Gürcüstan klubu "Sabah"ın futbolçusuna elçi düşüb
26.02.2024 - 22:19

Gürcüstanın "Samtrediya" klubu U-21 yığmamızın sabiq üzvü, hazırda "Sabah"da oynayan Abdulla Xaybullayevi heyətində görmək istəyir.
Apasport.az xəbər verir ki, gürcülər onu icarəyə götürməyi planlaşdırır.
Bunun üçün isə futbolçunun klubu ilə danışıqlara start verilib.
Hələ ki, Gürcüstan yüksək liqasında sezon başlamayıb və martın 1-də liqaya start veriləcək.
Xaybullayev ötən mövsümü də "Samtrediya"da icarədə keçirib.
"Sabah"ın onu Gürcüstan klubuna buraxıb-buraxmayacağı dəqiq deyil.
- Elçin Məsiyev ÇFR - "Braqa" matçında
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab matçlarının proqramı
- Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşırlar
- “Qarabağ” - “Sabah” oyununun hakimləri açıqlandı
0
0